Çili millisinin sabiq kapitanı Klaudio Bravo 41 yaşında karyerasını bitirib.
"QELEBE.AZ" xarici KİV-ə istinadən xəbər verir ki, qapıçı açıqlamasında komanda yoldaşlarına, məşqçilərə, azarkeşlərə və ailəsinə dəstəyə görə təşəkkür edib.
Qeyd edək ki, karyerası ərzində 22 titul qazanan K.Bravo Çilinin "Kolo-Kolo", İspaniyanın "Real Sosyedad", "Barselona", "Betis", İngiltərənin "Mançester Siti" klublarında çıxış edib.