Qelebə.az / "Barselona" azərbaycanlı futbolçunu icarəyə verib

"Barselona" azərbaycanlı futbolçunu icarəyə verib

30-08-2024, 10:12

İspaniyanın "Barselona" klubu azərbaycanlı qapıçı Eldar Tağızadəni icarəyə verib.

"QELEBE.AZ"un məlumatına görə, 21 yaşlı qolkiper İspaniyanın səviyyəcə dördüncü liqasında çıxış edən "Tudelano"ya keçib.

O, 2025-ci il iyunun 30-dək bu komandanın formasını geyinəcək.

Qeyd edək ki, Eldar Tağızadənin "Barselona" ilə müqaviləsinin müddəti 2026-cı ilin yayınadək nəzərdə tutulub. Oyunçu avqustun 11-də azad agent kimi Kataloniya təmsilçisinin B komandasına keçib.

Geri qayıt