Qelebə.az / "Arsenal"ın yeni transferi bir neçə həftə oynamayacaq

"Arsenal"ın yeni transferi bir neçə həftə oynamayacaq

30-08-2024, 18:25

İngiltərənin "Arsenal" klubunun yeni transferi Mikel Merino zədə səbəbindən bir neçə həftə oynamayacaq.

"QELEBE.AZ" xəbər verir ki, bu barədə London klubunun baş məşqçisi Mikel Arteta məlumat verib.

28 yaşlı yarımmüdafiəçi məşq zamanı Qabriel Jezusla mübarizədə zədələnib.

Qeyd edək ki, M.Merino İngiltərə klubuna İspaniya təmsilçisi "Real Sosyedad"dan transfer olunub.

Geri qayıt