Qelebə.az / Kris Smollinq Səudiyyə Ərəbistanı klubu ilə razılığa gəlib

Kris Smollinq Səudiyyə Ərəbistanı klubu ilə razılığa gəlib

1-09-2024, 13:46

Səudiyyə Ərəbistanının “Əl-Faiha” klubu İtaliya təmsilçisi “Roma”nın müdafiəçisi Kris Smollinqin transferi ilə bağlı razılığa gəlib.

"Report" xarici KİV-ə istinadən xəbər verir ki, futbolçunun həm özü, həm də klubu ilə razılıq əldə olunub.

34 yaşlı futbolçu bazar ertəsi tibbi müayinədən keçəcək və ardından 2026-cı ilə qədər müqavilə imzalayacaq.

Qeyd edək ki, K.Smollinq 2010-2020-ci illərdə "Mançester Yunayted"də çıxış edib. Mançester təmsilçisinin heyətində 323 oyuna çıxan müdafiəçi 18 qola imza atıb.

Geri qayıt