Qelebə.az / "Mançester Yunayted"in baş məşqçisi antirekordla yadda qalıb

"Mançester Yunayted"in baş məşqçisi antirekordla yadda qalıb

2-09-2024, 10:11

İngiltərənin "Mançester Yunayted" klubunun baş məşqçisi Erik ten Haq antirekordla yadda qalıb.

"QELEBE.AZ"un məlumatına görə, bu, "qırmızı şeytanlar"ın Premyer Liqanın III turunda "Liverpul"a uduzması (0:3) sayəsində gerçəkləşib.

Komanda çempionatdakı ilk üç qarşılaşmanın ikisindən məğlub ayrılıb. Mançester təmsilçisi 2022/2023 mövsümündə də eyni halla üzləşib.

Niderlandlı mütəxəssis klub tarixində iki mövsümdə bu aqibəti yaşayan yeganə baş məşqçidir.

Qeyd edək ki, "Mançester Yunayted" cari mövsümdə "Brayton"a da uduzub - 1:2. Komanda ilk turda "Fulhem"ə qalib gəlmişdi - 1:0.

Geri qayıt