Qelebə.az / AFFA-nın təşkilatçılığı ilə fitnes məşqçiləri üçün kurs başlayıb

AFFA-nın təşkilatçılığı ilə fitnes məşqçiləri üçün kurs başlayıb

2-09-2024, 18:48

AFFA-nın təşkilatçılığı ilə Təhsil və Reabilitasiya Mərkəzində UEFA B kateqoriyalı fitnes məşqçilik kursunun I mərhələsi başlayıb.

"QELEBE.AZ" xəbər verir ki, sentyabrın 4-dək davam edəcək məşğələlərə AFFA Təhsil Proqramının rəhbəri Aslan Kərimov və UEFA təlimatçısı Fritz Schmid rəhbərlik edirlər.

Kursun açılışında AFFA-nın icraçı vitse-prezidenti Sərxan Hacıyev də iştirak edib.

Geri qayıt