Qelebə.az / Xviça Kvaratsxeliya "Napoli" ilə razılığa gəlib

Xviça Kvaratsxeliya "Napoli" ilə razılığa gəlib

3-09-2024, 10:36

Gürcüstan millisinin üzvü Xviça Kvaratsxeliya İtaliya klubu "Napoli" ilə müqaviləsinin müddətini uzatmağa razılaşıb.

"Report" "İl Mattino"ya istinadən xəbər verir ki, futbolçu daha bir il uzatmaq şərti ilə klubun 2029-cu ilə qədər yeni müqavilə təklifini qəbul edib.

Müqaviləyə əsasən, 23 yaşlı futbolçu bonuslarla birlikdə ildə 5 milyon avro qazanacaq.

Qeyd edək ki, X.Kvaratsxeliya cari mövsümdə "Napoli"nin heyətində bütün yarışlarda meydana çıxdığı 4 oyunda 1 qol və məhsuldar ötürmə müəllifi olub.

Geri qayıt