Azərbaycan yığması Slovakiya ilə səfərdə baş tutacaq Millətlər Liqasının oyununda dəstəksiz qalmayacaq.
Bu barədə “Report”a AFFA-nın mətbuat xidmətinin rəhbəri Elnur Məmmədli məlumat verib.
Koşitsedə reallaşacaq görüşdə təxminən 40-50 azərbaycanlı azarkeş olacaq. Azərbaycanın Slovakiyadakı səfiri Vüsal Abdullayevin də millini stadiondan dəstəkləyəcəyi gözlənilir.
Qeyd edək ki, sentyabrın 8-də Koşitse şəhərindəki “Koşitse Futbol Arenası”nda keçiriləcək Slovakiya - Azərbaycan matçının start fiti Bakı vaxtı ilə saat 20:00-da səsləndiriləcək. Yığmamız Millətlər Liqasının C Liqasının I qrupunun ilk görüşündə, Tofiq Bəhramov adına Respublika stadionunda İsveçə 1:3 hesabı ilə uduzub.