Qelebə.az / DÇ-2026: Argentina və Braziliya milliləri seçmə mərhələdə məğlub olublar

DÇ-2026: Argentina və Braziliya milliləri seçmə mərhələdə məğlub olublar

11-09-2024, 09:07

Argentina və Braziliya milliləri 2026-cı ildə keçiriləcək dünya çempionatının seçmə mərhələsinin oyunlarında məğlub olublar.

"Report"un məlumatına görə, son dünya çempionu səfərdə Kolumbiyaya uduzub - 1:2.

"Sambaçılar" Paraqvaya yenilib - 0:1.

Qeyd edək ki, Argentina 8 oyundan sonra 18 xalla liderdir. Beşqat dünya çempionu Braziliya isə 10 xalla beşinci pillədə qərarlaşıb.

Geri qayıt