Qelebə.az / Azərbaycan millisi Türkiyə ilə qarşılaşıb

Azərbaycan millisi Türkiyə ilə qarşılaşıb

12-09-2024, 16:12

Türkiyədə təlim-məşq toplanışında olan 17 yaşadək (U-17) futbolçulardan ibarət Azərbaycan milli komandası bu gün ikinci yoldaşlıq görüşünü keçirib.

"QELEBE.AZ" xəbər verir ki, U-17 hazırlıq çərçivəsində Türkiyənin müvafiq yaş qrupundan ibarət komandası ilə qarşılaşıb.

Kocaeli şəhərindəki “Darıca” stadionunda baş tutan matç qolsuz bərabərliklə yekunlaşıb.

Qeyd edək ki, komandalar arasında sentyabrın 9-da təşkil edilən ilk oyunda Türkiyə yığması 4:0 hesablı qələbə qazanıb.

Geri qayıt