Qelebə.az / İngiltərə Premyer Liqası: "Mançester Yunayted" qələbə qazanıb

İngiltərə Premyer Liqası: "Mançester Yunayted" qələbə qazanıb

14-09-2024, 17:29

İngiltərə Premyer Liqasının IV turunun açılış oyununda "Mançester Yunayted" qələbə qazanıb.

"QELEBE.AZ" xəbər verir ki, səfərdə "Sаutqеmptоn"un qonağı olan "qırmızı şeytanlar" rəqibini 3 cavabsız qolla üstələyib.

Matçda hesabı 35-ci dəqiqədə Matteys de Liqt açıb. 6 dəqiqə sonra Markus Raşford meydan sahiblərini ikinci dəfə cəzalandırıb. 90+6-cı dəqiqədə adını tabloya yazdıran Alexandro Qarnaço isə qarşılaşmada yekun nəticəni müəyyənləşdirib.

Qeyd edək ki, Erik ten Haqın rəhbərlik etdiyi "Mançester Yunayted" bu qələbə sayəsində xallarının sayını 6-ya çatdırıb.

Geri qayıt