Qelebə.az / Fransa millisinin üzvü Adrien Rabionun yeni klubu müəyyənləşib

Fransa millisinin üzvü Adrien Rabionun yeni klubu müəyyənləşib

17-09-2024, 20:20

Fransa millisinin yarımmüdafiəçisi Adrien Rabionun yeni klubu müəyyənləşib.

"QELEBE.AZ" xəbər verir ki, 29 yaşlı yarımmüdafiəçi ölkəsinin "Marsel" klubu ilə anlaşıb.

O, Liqa 1 təmsilçisində 25 nömrəli formanı geyinəcək.

Qeyd edək ki, A.Rabio ötən mövsüm A Seriyasında "Yuventus"un heyətində 31 oyun keçirib, 5 qola və 3 məhsuldar ötürməyə imza atıb.

Geri qayıt