Qelebə.az / "Qarabağ" - "Frayburq" oyununda ikinci hissə başlayıb

"Qarabağ" - "Frayburq" oyununda ikinci hissə başlayıb

3-11-2022, 22:48

Bakıda "Qarabağ" və Almaniyanın "Frayburq" komandaları arasında keçirilən UEFA Avropa Liqasının qrup mərhələsinin VI tur oyununda ikinci hissə başlayıb. 

"QELEBE.AZ"un məlumatına görə, "köhlən atlar" ilk hissədən sonra məğlub durumdadır - 0:1. 

Hələlik yeganə qolu 25-ci dəqiqədə penaltidən Nils Petersen vurub. 

22:32

Bakıda "Qarabağ" və Almaniyanın "Frayburq" komandaları arasında keçirilən UEFA Avropa Liqasının qrup mərhələsinin VI tur oyununda ilk hissə başa çatıb. 

"QELEBE.AZ"un məlumatına görə, "köhlən atlar" fasiləyə məğlub yollanıblar - 0:1. 

Hələlik yeganə qolu 25-ci dəqiqədə penaltidən Nils Petersen vurub. 

22:11

Bakıda "Qarabağ" və Almaniyanın "Frayburq" komandaları arasında keçirilən UEFA Avropa Liqasının qrup mərhələsinin VI tur oyununda hesab açılıb. 

"QELEBE.AZ"un məlumatına görə, 25-ci dəqiqədə qonaqların futbolçusu Nils Petersen penaltini dəqiq yerinə yetirib. 

21:45

Bakıda "Qarabağ" və Almaniyanın "Frayburq" komandaları arasında keçirilən UEFA Avropa Liqasının qrup mərhələsinin VI tur oyunu start götürüb.

"QELEBE.AZ"un məlumatına görə, Tofiq Bəhramov adına Respublika stadionundakı qarşılaşma saat 21:45-də başlayıb.

G qrupunun digər görüşündə "Olimpiakos" Yunanıstanda Fransa "Nant"ını qəbul edir.

Hazırda 7 xalla ikinci sırada qərarlaşan Azərbaycan təmsilçisi qələbə qazanacağı təqdirdə digər matçın nəticəsindən asılı olmayaraq pley-offa yüksələcək.

Qrupda 13 xala malik "Frayburq" liderliyini təmin edib. "Qarabağ"la yanaşı 6 xalı olan "Nant"ın da növbəti mərhələyə yüksəlmək şansı davam edir. Fransalılar Afinada qalib gəlməyə çalışacaq, həmçinin Bakıda "Qarabağ"ın xal itirməsini gözləyəcək.

Geri qayıt