Qelebə.az / Ronaldunun çıxış etdiyi "Əl-Nəsr" klubunun yeni baş məşqçisi açıqlanıb

Ronaldunun çıxış etdiyi "Əl-Nəsr" klubunun yeni baş məşqçisi açıqlanıb

18-09-2024, 20:20

Portuqaliyalı ulduz futbolçu Kriştianu Ronaldunun çıxış etdiyi Səudiyyə Ərəbistanının "Əl-Nəsr" klubunu Stefano Pioli çalışdıracaq.

"QELEBE.AZ" klubun mətbuat xidmətinə istinadən xəbər verir ki, 58 yaşlı italiyalı mütəxəssis bu postda ötən gün komandadan göndərilən Luiş Kaştrunu əvəzləyib.

O, son olaraq ölkəsinin "Milan" kollektivini çalışdırıb.

Qeyd edək ki, "Əl-Nəsr" klubu son 6 oyunda 2 qələbə qazanıb, 3 heç-heçə edib və 1 dəfə məğlub olub.

Geri qayıt