Qelebə.az / FIFA Fransa millisinin bilərəkdən uduzması şübhəsi ilə araşdırmalara başlayıb

FIFA Fransa millisinin bilərəkdən uduzması şübhəsi ilə araşdırmalara başlayıb

24-09-2024, 21:43

FIFA Özbəkistanda keçirilən futzal üzrə dünya çempionatının qrup mərhələsinin III turunda Fransa yığmasının qəsdən uduzması şübhəsi ilə araşdırmalara başlayıb.

"QELEBE.AZ" "RMS Sport" agentliyinə istinadən xəbər verir ki, İran millisinə 1:4 hesabı ilə məğlub olan "xoruzlar" 1/8 finala qrup ikincisi kimi yüksəliblər.

Fransızlar bu görüşdə qalib gələrək qrup lideri kimi növbəti mərhələyə adlasaydı, püşkatmanın nəticələrinə əsasən 1/4 finalda dünya reytinqində birinci sırada olan Braziliya ilə qarşılaşmalı olacaqdı.

Turnir iştirakçılarının iddialarına görə, onlar İrana bilərəkdən uduzublar.

Qeyd edək ki, Fransa mundialın 1/8 finalında Tailand yığması ilə qarşılaşacaq.

Geri qayıt