Qelebə.az / Azərbaycanın dövlət qurumları arasında avarçəkmə yarışı keçiriləcək

Azərbaycanın dövlət qurumları arasında avarçəkmə yarışı keçiriləcək

25-09-2024, 20:06

Gənclər və İdman Nazirliyi ilə Azərbaycan Kanoe və Avarçəkmə Federasiyasının birgə təşkilatçılığı ilə dövlət qurumlarının əməkdaşları arasında avarçəkmə yarışı keçiriləcək.

"Report" xəbər verir ki, sentyabrın 29-da bulvar ərazisində, federasiyanın binasının qarşısında təşkil olunacaq turnirin reqlamentinə əsasən, iştirakçılar fərdi və komanda şəklində olmaqla 1 və 2 nəfərlik kayak qayıqlarında 200 metr məsafədə mübarizə aparacaqlar.

Sentyabrın 28-də, saat 10:00-dan 15:00-dək komandaların ümumi məşqi keçiriləcək. Bir gün sonra, 10:00-da turnirin rəsmi açılış mərasimi başlayacaq. Saat 11:30-dan etibarən isə yarış start götürəcək.

Qaliblər medal, diplom və hədiyyələrlə təltif ediləcəklər.

Geri qayıt