Qelebə.az / "Mançester Siti"nin yarımmüdafiəçisi növbəti üç oyunu buraxa bilər

"Mançester Siti"nin yarımmüdafiəçisi növbəti üç oyunu buraxa bilər

27-09-2024, 17:42

İngiltərənin "Mançester Siti" klubunun yarımmüdafiəçisi Kevin De Bruyne növbəti üç oyunu buraxa bilər.

"QELEBE.AZ" xarici KİV-ə istinadən xəbər verir ki, bu barədə "şəhərlilər"in baş məşqçisi Pep Qvardiola bildirib.

UEFA Çempionlar Liqasının Liqa mərhələsinin I turunda "İnter"lə (İtaliya) keçirilən matçda zədələnən belçikalı oyunçunun qarşıdakı üç matçda meydana çıxmamaq ehtimalı var.

Qeyd edək ki, "Mançester Siti" Premyer Liqanın növbəti turunda "Nyukasl"la qarşılaşacaq.

Geri qayıt