Qelebə.az / Mahir Emrelinin komandası bu gün "Hannover"lə üz-üzə gələcək

Mahir Emrelinin komandası bu gün "Hannover"lə üz-üzə gələcək

29-09-2024, 10:30

Azərbaycan millisinin futbolçusu Mahir Emrelinin çıxış etdiyi Almaniyanın "Nürnberq" komandası bu gün səfərdə "Hannover"lə üz-üzə gələcək.

"Report"un məlumatına görə, qarşılaşma II Bundesliqanın VII turuna təsadüf edəcək.

Görüş Bakı vaxtı ilə saat 15:30-da start götürəcək.

Qeyd edək ki, "Nürnberq" altı oyundan sonra yeddi xalla 13-cü pillədə qərarlaşıb. Meydan sahibləri isə on xalla 6-cı sıradadır.

Geri qayıt