Qelebə.az / Almaniyada çıxış edən futbolçu Türkiyə millisini seçib

Almaniyada çıxış edən futbolçu Türkiyə millisini seçib

30-09-2024, 21:59

Almaniyanın "Ştuttqart" klubunun futbolçusu Atakan Karazor milli komanda karyerasındakı seçimini Türkiyə millisindən yana edib.

"QELEBE.AZ" xəbər verir ki, Almaniya millisinin baş məşqçisi Yulian Naqelsmannla görüşən 27 yaşlı yarımmüdafiəçi "ay-ulduzlu" formanı geyinmək istədiyini bildirib.

O, qardaş ölkə yığmasının baş məşqçisi Vinçentso Montelladan dəvət gözləyir.

Qeyd edək ki, cari mövsüm 8 oyuna çıxan "Ştuttqart"ın kapitanı 1 qol vurub.

Geri qayıt