Qelebə.az / "Zirvə" komandasına texniki məğlubiyyət verilib

"Zirvə" komandasına texniki məğlubiyyət verilib

3-10-2024, 13:53

AFFA İntizam Komitəsi U-12 Liqasında çıxış edən "Zirvə" komandasına texniki məğlubiyyət verib.

"Report" xəbər verir ki, bu barədə qurumun iclasında qərar qəbul olunub.

“Zirvə”nin heyətində yetərsay olmadığına görə "Sabah" ilə çempionat matçı baş tutmayıb. Komanda buna görə 0:3 hesablı texniki məğlubiyyətlə cəzalandırılıb.

Geri qayıt