Qelebə.az / “Qarabağ” Avropa kubokuna qələbə ilə start verib

“Qarabağ” Avropa kubokuna qələbə ilə start verib

5-10-2024, 16:38

Qadın həndbolçulardan ibarət “Qarabağ” komandası Avropa kubokunun II mərhələsinin ilk oyununda qələbə qazanıb.

"QELEBE.AZ" xəbər verir ki, Lüksemburqun “Differdanj” klubu ilə üz-üzə gələn təmsilçimiz 27:24 hesabı ilə qalib gəlib.

Sabah bu komandalar arasında Bakıda cavab oyunu baş tutacaq.

Geri qayıt