Qelebə.az / Azərbaycan güləşçisi Dünya Kubokunda zədələnib

Azərbaycan güləşçisi Dünya Kubokunda zədələnib

5-11-2022, 19:04

Azərbaycan millisinin yunan-Roma güləşçisi Murad Məmmədov Bakıda keçirilən Dünya Kubokunda zədələnib.

"QELEBE.AZ"un məlumatına görə, 27 yaşlı idmançı dünya yığmasının heyətində çıxış edən Aydos Sultangali (Qazaxıstan) ilə B qrupunun görüşündə xəsarət alıb.

Məmmədov qarşılaşmaya davam edə bilmədiyi üçün rəqib qalib elan edilib.

Həmin vaxt Sultangali 4:1 hesabı ilə öndə olub.

Geri qayıt