Qelebə.az / Azərbaycanın daha dörd təmsilçisi "Mingəçevir reqatası-2024”də medal qazanıb

Azərbaycanın daha dörd təmsilçisi "Mingəçevir reqatası-2024”də medal qazanıb

16-10-2024, 15:16

Azərbaycanın daha dörd təmsilçisi "Mingəçevir reqatası-2024” beynəlxalq turnirində medal qazanıb.

"QELEBE.AZ"un Mingəçevirə ezam olunan əməkdaşının məlumatına görə, Nurlan Paşayev qızıl, Cahangir Məmmədli gümüş, Məhəmməd Niftullayev bürünc medal əldə edib.

Onlar 2006-2007 təvəllüdlü idmançıların 1500 metr məsafəyə akademik avarçəkmə növündə fərqləniblər. Cavid Vəlizadə isə 2008-2009 təvəllüdlü kanoeçilər arasında 1000 metr məsafədə üçüncü olub.

Daha öncə Amil Ramazanov 2006-2007 təvəllüdlü idmançıların 500 metr məsafəyə kayak üzrə mübarizəsində birinci olub. Bu növdə eyni məsafəyə 2008-2009 təvəllüdlü idmançılardan Əlimurad Hacızadə gümüş, 2008-2009 təvəllüdlülərdən Niyaz Məlikov - Elvin Əliyev cütlüyü bürünc mükafat əldə edib.

Qeyd edək ki, "Mingəçevir reqatası-2024” beynəlxalq turniri oktyabrın 18-də başa çatacaq.

Geri qayıt