Qelebə.az / Azərbaycan Premyer Liqası: "Neftçi" "Səbail" üzərində qələbə qazanıb

Azərbaycan Premyer Liqası: "Neftçi" "Səbail" üzərində qələbə qazanıb

19-10-2024, 19:53

Azərbaycan Premyer Liqasının X turunda "Neftçi" "Səbail" üzərində qələbə qazanıb.

"QELEBE.AZ" xəbər verir ki, Samir Abasovun rəhbərlik etdiyi komanda "Neftçi Arena"da baş tutan görüşdə rəqibini 3:1 hesabı ilə məğlub edib.

"Neftçi"dən qolları Ramil Şeydayev (45+3) və Dembo Darbo (58, 67) rəqib qapısından keçirib. "Səbail"in heyətində isə 90+3-cü dəqiqədə Samir Abdullayev fərqlənib.

Qeyd edək ki, X turda bu gün baş tutan "Şamaxı" - "Araz Naxçıvan" görüşü qonaqların 1:0 hesablı qələbəsi ilə yekunlaşıb. Turun ötən gün keçirilən "Kəpəz" - "Qarabağ" matçından isə Ağdam təmsilçisi böyükhesablı üstünlüklə ayrılıb - 5:0.

X turun digər görüşləri sabah reallaşacaq.

Geri qayıt