Qelebə.az / Səfər matçına çıxmayan Azərbaycan klubunun cəzası bəlli olub

Səfər matçına çıxmayan Azərbaycan klubunun cəzası bəlli olub

21-10-2024, 14:54

Azərbaycan II Liqasının VII turunda "Şəfa" ilə matçda meydana çıxmayan "Lerik" klubunun cəzası bəlli olub.

"Report" Peşəkar Futbol Liqasının saytına istinadən xəbər verir ki, cənub təmsilçisi səfər oyununa gəlmədiyi üçün 0:3 hesablı texniki məğlubiyyət alıb.

Bundan başqa, Vidadi Hüseynovun baş məşqçisi olduğu klub 300 manat cərimələnib.

Qeyd edək ki, "Lerik" II Liqada 7 xalla 10-cu sırada qərarlaşıb.

Geri qayıt