Danimarka milli komandasının yeni baş məşqçisi müəyyənləşib.
"Report" Danimarka Futbol Assosiasiyasının mətbuat xidmətinə istinadən xəbər verir ki, skandinaviyalıları bundan sonra Brayan Rimer çalışdıracaq.
O, yeni komandası ilə 2 illik müqavilə imzalayıb.
Qeyd edək ki, Danimarka millisinə son olaraq Kasper Yulmann rəhbərlik edib.