Qelebə.az / “Qarabağ”ın “Gent”lə oyunlarının vaxtı dəqiqləşib

“Qarabağ”ın “Gent”lə oyunlarının vaxtı dəqiqləşib

9-11-2022, 10:34

Azərbaycan çempionu "Qarabağ"ın Konfrans Liqasındakı növbəti oyunlarının vaxtı dəqiqləşib.

QELEBE.AZ saytının məlumatına görə, Belçika “Gent”i ilə pley-offdakı hər iki qarşılaşmanın başlama saatı bəlli olub.

Gələn il fevralın 16-da Bakıdakı Tofiq Bəhramov adına Respublika stadionunda təşkil olunacaq ilk oyun 21:45-də başlayacaq. Bir həftə sonra səfərdə keçiriləcək qarşılaşma isə Bakı vaxtı ilə saat 00:00-da start götürəcək.

Qeyd edək ki, mövsümə Çempionlar Liqasında başlayan "Qarabağ" pley-offda uduzaraq Avropa Liqasına, orada qrup üçüncüsü olaraq Konfrans Liqasına düşüb.

Geri qayıt