Qelebə.az / Premyer Liqa: III turdan təxirə salınmış oyunun təyinatları bəlli olub

Premyer Liqa: III turdan təxirə salınmış oyunun təyinatları bəlli olub

4-11-2024, 13:28

Misli Premyer Liqasının III turunda təxirə salınan “Zirə” – “Araz-Naxçıvan” oyununun təyinatları bəlli olub.

"QELEBE.AZ" AFFA-nın rəsmi saytına istinadən xəbər verir ki, qarşılaşmanın baş hakimi Rauf Cabarov olacaq.

Ona Eyyub İbrahimov ilə Asiman Əzizli köməklik göstərəcək. Dördüncü hakim funksiyasını Kamran Əliyev yerinə yetirəcək. VAR-da Nicat İsmayıllı, AVAR-da Kamran Bayramov əyləşəcəklər. Ramil Diniyev Hakim-inspektor, İlham Əliyev AFFA nümayəndəsi kimi təyinat alıblar.

Qeyd edək ki, noyabrın 6-da Zirə İdman Kompleksinin stadionunda gerçəkləşəcək qarşılaşma saat 19:00-da start götürəcək.

Geri qayıt