Qelebə.az / AFFA rəsmisi UEFA Konfrans Liqasının oyununa təyinat alıb

AFFA rəsmisi UEFA Konfrans Liqasının oyununa təyinat alıb

4-11-2024, 16:01

AFFA-nın Oyun Əməliyyatları şöbəsinin rəisi Emin Cəfərov UEFA Konfrans Liqasının Liqa mərhələsinin III turunun matçına təyinat alıb.

"Report" xəbər verir ki, o, LASK (Avstriya) – “Serkl Brügge” (Belçika) görüşünün UEFA nümayəndəsi olacaq.

Linz şəhərində yerləşən “Oberösterreyç Arena”da təşkil olunacaq görüş noyabrın 7-də baş tutacaq.

Geri qayıt