Qelebə.az / Azərbaycan millisinin UEFA Millətlər Liqasındakı rəqibləri müəyyənləşib

Azərbaycan millisinin UEFA Millətlər Liqasındakı rəqibləri müəyyənləşib

7-11-2024, 16:36

Azərbaycanın qadın futbolçulardan ibarət yığmasının UEFA Millətlər Liqasındakı rəqibləri müəyyənləşib.

"Report" AFFA-nın mətbuat xidmətinə istinadən xəbər verir ki, İsveçrənin Nyon şəhərində təşkil edilən püşkatmanın nəticəsinə görə, yığma C Liqasının 4-cü qrupunda Monteneqro və Litva ilə mübarizə aparacaq.

Qeyd edək ki, UEFA Millətlər Liqasında yeni mövsümə 2025-ci ilin fevralında start veriləcək.

Geri qayıt