Qelebə.az / Mahir Emreli "Dinamo"nun heyətində növbəti qələbəyə sevinib

Mahir Emreli "Dinamo"nun heyətində növbəti qələbəyə sevinib

3-09-2022, 00:30

Azərbaycan millisinin futbolçusu Mahir Emreli Zaqreb "Dinamo"su ilə Xorvatiya çempionatında növbəti matçını keçirib.

"QELEBE.AZ"un məlumatına görə, son Xorvatiya çempionu VIII turun açılış oyununda "Riyeka"ya evdə qalib gəlib – 3:1.

Emreli komandasında ikinci qolun müəllifi olmuş hücumçu Dario Şpikiçin əvəzinə 77-ci dəqiqədə meydana çıxıb.

Qeyd edək ki, bu nəticədən sonra "Dinamo" 22 xalla liderliyini möhkəmləndirib.

Geri qayıt