Qelebə.az / Azərbaycanın U-17 millisi Avropa çempionatının seçmə mərhələsində ikinci oyununu keçirib

Azərbaycanın U-17 millisi Avropa çempionatının seçmə mərhələsində ikinci oyununu keçirib

16-11-2024, 16:07

Azərbaycanın 17 yaşadək futbolçulardan ibarət millisi Avropa çempionatının seçmə mərhələsində ikinci oyununu keçirib.

"QELEBE.AZ" xəbər verir ki, VI qrupda yer alan komanda Yunanıstan yığması ilə üz-üzə gəlib.

Rumıniyanın “Tunari” stadionunda təşkil olunan qarşılaşma rəqibin qələbəsi ilə bitib – 3:0.

Qeyd edək ki, İlham Yadullayevin baş məşqçisi olduğu U-17 ilk oyunda Macarıstana 0:4 hesabı ilə məğlub olub. Təmsilçimiz qrupda son matçını noyabrın 19-da Rumıniya yığmasına qarşı keçirəcək.

Geri qayıt