Qelebə.az / Azərbaycan şpaqaçısı Türkiyədə qızıl medal qazanıb

Azərbaycan şpaqaçısı Türkiyədə qızıl medal qazanıb

18-11-2024, 09:04

Azərbaycanın gənc şpaqaçısı Xədicə Həsənli Türkiyənin Konya şəhərində keçirilən qılıncoynatma üzrə açıq turnirdə qızıl medal qazanıb.

Qılıncoynatma Federasiyasından "QELEBE.AZ"a verilən məlumata görə, X.Həsənli 100-dən çox iştirakçı arasında ən yüksək nəticəni göstərib.

Digər təmsilçimiz Mirxətai Məmmədov isə oğlanların mübarizəsində mükafatçılar sırasında yer alıb. O, finalın bir addımlığında uduzaraq bürünc medal əldə edib.

Geri qayıt