Qelebə.az / “Şamaxı”dan ayrılan futbolçu: “Heç bir narazılıq, ciddi problem olmayıb”

“Şamaxı”dan ayrılan futbolçu: “Heç bir narazılıq, ciddi problem olmayıb”

27-11-2024, 16:45

Heç bir narazılıq, ciddi problem olmayıb.

Bunu “Report”a açıqlamasında “Şamaxı” klubundan ayrılan İlkin Muradov bildirib.

28 yaşlı yarımmüdafiəçi Şamaxı təmsilçisi ilə müqaviləyə qarşılıqlı razılıq əsasında xitam verdiklərini deyib:

“Belə qərara gəldik ki, yolları ayıraq. Qarşılıqlı razılıq əsasında vidalaşdıq. Xüsusi bir səbəb yoxdur. Heç bir narazılıq, ciddi problem olmayıb”.

İ.Muradov qarşıdakı planlarla bağlı bunları deyib:

“Klubla yaya qədər müqaviləm var idi. Hansı komandaya keçəcəyim, yəqin ki, bir neçə gündən sona bilinər”.

Geri qayıt