Qelebə.az / "Qəbələ" Azərbaycan I Liqasında liderliyə yüksəlib

"Qəbələ" Azərbaycan I Liqasında liderliyə yüksəlib

28-11-2024, 16:43

"Qəbələ" Azərbaycan I Liqasında liderliyə yüksəlib.

"QELEBE.AZ" xəbər verir ki, XVII turda "Karvan"la qarşılaşan "qırmızı-ağlar" 1:0 hesablı qələbə qazanıb.

Yevlax şəhər stadionunda baş tutan matçda yeganə qolu 88-ci dəqiqədə Nuğay Rəşidov meydan sahiblərinin qapısından keçirib.

Bu qələbə sayəsində xallarının sayını 20-yə çatdıran Kaxaber Sxadadzenin rəhbərlik etdiyi "Qəbələ" zirvəni ələ keçirib. 18 xalı olan "Karvan" isə ikinci pilləyə enib.

Geri qayıt