Qelebə.az / Amerikalı qolfçu mövsümün ən yaxşısı adına layiq görülüb

Amerikalı qolfçu mövsümün ən yaxşısı adına layiq görülüb

11-12-2024, 13:42

Peşəkar Qolfçular Assosiasiyası amerikalı Skotti Şeffleri mövsümün ən yaxşı qolfçusu adına layiq görüb.

“Report” assosasiyanın rəsmi saytına istinadən xəbər verir ki, 28 yaşlı idmançı 2024 mövsümündə 19 turnirdə iştirak edib, 7 titul qazanıb və 16 dəfə “ilk 10-luğ”a düşüb.

S.Şeffler 2007-ci ildən bəri bu mükafatı ardıcıl iki dəfə qazanan ilk oyunçu olub. Ondan əvvəl bunu Tayqer Vuds bacarmışdı.

Geri qayıt