Qelebə.az / Azərbaycan millisinin baş məşqçisi DÇ-2026-nın püşkatma mərasimində iştirak edəcək

Azərbaycan millisinin baş məşqçisi DÇ-2026-nın püşkatma mərasimində iştirak edəcək

13-12-2024, 09:59

Bu gün İsveçrənin Sürix şəhərində təşkil olunacaq DÇ-2026-nın Avropa zonası üzrə seçmə mərhələsinin püşkatma mərasimində Azərbaycan milli komandasının baş məşqçisi Fernandu Santuş da iştirak edəcək.

"Report" xəbər verir ki, AFFA-nın icraçı vitse-prezidentinin müşaviri Orxan Əhmədov və A millinin direktoru İlqar Qurbanov iştirak edəcəklər.

Bakı vaxtı ilə saat 15:00-da başlayacaq püşkatma mərasimi “CBC Sport” kanalı vasitəsilə canlı yayımlanacaq.

Geri qayıt