Qelebə.az / AFFA rəsmisi: "Millimiz istənilən rəqibə qarşı mübarizə aparmalıdır"

AFFA rəsmisi: "Millimiz istənilən rəqibə qarşı mübarizə aparmalıdır"

13-12-2024, 12:43

Millimiz istənilən rəqibə qarşı mübarizə aparmalıdır.

"QELEBE.AZ"un məlumatına görə, bunu jurnalistlərə açıqlamasında AFFA-nın icraçı vitse-prezidenti Sərxan Hacıyev deyib.

O, bu gün baş tutacaq DÇ-2026-nın Avropa zonası üzrə seçmə mərhələsinin püşkündən gözləntilərini açıqlayıb:

"Hansısa rəqibin adını çəkmək düzgün olmaz. Yığmamız matçlarda sonadək "döyüşməlidir". Nəticə görüşlərdən sonra bəlli olacaq".

Qeyd edək ki, DÇ-2026-nın Avropa zonası üzrə püşkatma mərasimi bu gün, Bakı vaxtı ilə saat 15:00-da başlayacaq.

Geri qayıt