Qelebə.az / AŞF-nin vitse-prezidenti: "Şahmatçılarımızın dünya çempionatında uğur qazanacağına inanıram"

AŞF-nin vitse-prezidenti: "Şahmatçılarımızın dünya çempionatında uğur qazanacağına inanıram"

16-12-2024, 11:22

Qarşıda bizi rapid və blits üzrə dünya çempionatı gözləyir. İnanıram ki, şahmatçılarımız uğur qazanacaqlar.

"Report" xəbər verir ki, bunu Azərbaycan Şahmat Federasiyasının (AŞF) ilin yekunlarına həsr olunan tədbirində qurumun vitse-prezidenti Faiq Həsənov deyib.

O, təşkil etdikləri yarışları xatırladıb:

"Azərbaycan çempionatları çox yüksək səviyyədə keçirilib. FIDE-nin 100 illiyinə həsr olunmuş yarış, həmçinin Vüqar Həşimovun xatirəsinə Şuşada keçirilən turnir çox yüksək səviyyədə baş tutdu".

AŞF rəsmisi gənclərə üstünlük verdiklərini vurğulayıb:

"Bu il gənc şahmatçıların millinin heyətinə daxil edilməsinə qərar verdik. Aydın Süleymanlını yığmaya cəlb etdik. Qarşıda bizi rapid və blits üzrə dünya çempionatı gözləyir. İnanıram ki, şahmatçılarımız uğur qazanacaqlar".

Geri qayıt