Qelebə.az / Azərbaycanlı futbolçu Türkiyə Kubokunun matçında məhsuldar ötürmə verib

Azərbaycanlı futbolçu Türkiyə Kubokunun matçında məhsuldar ötürmə verib

18-12-2024, 16:14

Azərbaycanlı futbolçu Vüsal İsgəndərli Türkiyənin "Boluspor" klubunda məhsuldar ötürmə ilə yadda qalıb.

"Report" xəbər verir ki, 29 yaşlı vinger "1461 Trabzon"u məğlub etdikləri ölkə kubokunun V mərhələsinin matçında assist müəllifi olub.

71-ci dəqiqədə meydana daxil olan oyunçu 77-ci dəqiqədə komandasının sonuncu qolunun vurulmasında yaxından iştirak edib.

Qeyd edək ki, rəqibini 4 cavabsız qolla üstələyən "Boluspor" Türkiyə Kubokunun qrup mərhələsinə vəsiqə qazanıb.

Geri qayıt