Qelebə.az / "Qusar" klubuna texniki məğlubiyyət verilib

"Qusar" klubuna texniki məğlubiyyət verilib

20-12-2024, 12:24

AFFA İntizam Komitəsi II Liqa təmsilçisi "Qusar"a texniki məğlubiyyət verib.

"Report" xəbər verir ki, bu barədə qurumun iclasında qərar qəbul olunub.

II Liqada XIII turun “Qusar” – “Şahdağ Qusar” oyunu meydan sahiblərinin matça gəlməməsi səbəbindən baş tutmayıb. Buna görə “Qusar”a 0:3 hesablı texniki məğlubiyyət verilib.

Klub həmçinin 300 manat cərimə edilib.

Geri qayıt