Qelebə.az / Xabi Alonso Bundesliqada baş məşqçi kimi 50-ci qələbəsini qazanıb

Xabi Alonso Bundesliqada baş məşqçi kimi 50-ci qələbəsini qazanıb

22-12-2024, 13:37

Xabi Alonso Almaniya Bundesliqasında baş məşqçi kimi 50-ci qələbəsini qazanıb.

"Report" "Opta"ya istinadən xəbər verir ki, "Bayer 04"də işləyən mütəxəssis buna "Frayburq"a qalib gəldikləri (5:1) XV tur matçında nail olub.

O, bunu 75-ci qarşılaşmada bacarıb.

Almaniya çempionatında 50 qələbəyə yalnız bir baş məşqçi daha tez çatıb. 2013-2016-cı illər aralığında "Bavariya"nın “sükanı arxasında” olan Xosep Qvardiola 61 oyunda 50 qalibiyyət əldə etmişdi.

Geri qayıt