Qelebə.az / Azərbaycan millisinin futbolçusu: "Zədədən sonra yenidən meydana qayıtdığım üçün xoşbəxtəm"

Azərbaycan millisinin futbolçusu: "Zədədən sonra yenidən meydana qayıtdığım üçün xoşbəxtəm"

23-12-2024, 11:04

Zədədən sonra yenidən meydana qayıtdığım üçün xoşbəxtəm.

"Report"un məlumatına görə, bunu Türkiyənin "Ankaragücü" klubunda çıxış edən Azərbaycan millisinin futbolçusu Renat Dadaşov şəxsi instaqram hesabında yazıb.

Ötən gün I Liqanın XVII turunda "Çorum"la heç-heçə etdikləri oyunun 61-ci dəqiqəsində meydana çıxan forvard qarşılaşmanın asan olmadığını bildirib:

"Komandamızın böyük əməyi və azarkeşlərimizin heyrətamiz dəstəyi ilə xal qazana bildik".

Qeyd edək ki, qarşılaşma 1:1 hesabı ilə başa çatıb.

Geri qayıt