Qelebə.az / “Qarabağ”ın qış təlim-məşq toplanışında qarşılaşacağı daha bir rəqibin adına aydınlıq gəlib

“Qarabağ”ın qış təlim-məşq toplanışında qarşılaşacağı daha bir rəqibin adına aydınlıq gəlib

23-12-2024, 14:08

“Qarabağ”ın qış təlim-məşq toplanışında qarşılaşacağı daha bir rəqibin adına aydınlıq gəlib.

"Report" klubun mətbuat xidmətinə istinadən xəbər verir ki, Ağdam təmsilçisi yanvarın 12-də "Zirə" ilə qarşılaşacaq.

"Köhlən atlar" 2024/2025 mövsümünün ikinci yarısının hazırlığını Bakıda keçəcək.

Qurban Qurbanovun rəhbərlik etdiyi kollektiv 2025-ci il yanvarın 3-də bir araya gələcək. Klubun hazırlıq prosesi “Azərsun Arena”dakı təlim-məşq bazasında baş tutacaq.

Qeyd edək ki, yoxlama görüşündə "Qarabağ" ilk olaraq yanvarın 9-da "Kəpəz"lə üz-üzə gələcək.

Geri qayıt