Qelebə.az / Beş ölkə AVRO-2028-ə birgə ev sahibliyi üçün ərizə təqdim edib

Beş ölkə AVRO-2028-ə birgə ev sahibliyi üçün ərizə təqdim edib

16-11-2022, 17:34

İngiltərə, Şimali İrlandiya, Şotlandiya, Uels və İrlandiya 2028-ci ildə keçiriləcək futbol üzrə Avropa çempionatına ev sahibliyi etmək üçün birgə ərizəni rəsmən təqdim ediblər.

"Report" xarici mətbuata istinadən xəbər verir ki, yarış üçün seçkilər 2023-cü ilin sentyabrında gerçəkləşəcək.

Bu beş ölkənin şüarı belə olacaq: "Futbol hamı üçün, futbol yaxşılıq üçün, futbol gələcək üçün".

Qeyd edək ki, Türkiyə də AVRO-2028-ə ev sahibliyi etmək niyyətindədir. UEFA İcraiyyə Komitəsi Rusiya Futbol İttifaqının müvafiq müraciətini isə ləğv edib.

Geri qayıt