Qelebə.az / "Çelsi"nin futbolçusu klub rekordunu yeniləyib

"Çelsi"nin futbolçusu klub rekordunu yeniləyib

26-12-2024, 20:06

İngiltərə təmsilçisi "Çelsi"nin futbolçusu Koul Palmer Cimmi Floyd Hasselbaynka məxsus klub rekordunu yeniləyib.

"Report" xəbər verir ki, 22 yaşlı hücumçu Premyer Liqanın XVIII turunun "Fulhem"lə matçında bir mövsümdə 26-cı qolunu vurub.

Bununla da o, Hasselbaynkın 23 il əvvəlki 25 qolluq rekordunu təzələyib.

Qeyd edək ki, hazırda davam edən matçda "Çelsi" "Fulhem" qarşısında 1:0 hesabı ilə öndədir.

Geri qayıt