Qelebə.az / "Mançester Siti" Fransa klubunun futbolçusunu transfer etmək niyyətindədir

"Mançester Siti" Fransa klubunun futbolçusunu transfer etmək niyyətindədir

27-12-2024, 11:02

İngiltərənin "Mançester Siti" klubu Fransa təmsilçisi "Lill"in futbolçusu Conatan Devidi transfer etmək niyyətindədir.

"Report" "TBR Football"a istinadən xəbər verir ki, Mançester təmsilçisi keçidi qış "transfer pəncərəsi"ndə reallaşdırmaq istəyir.

Klubun skautlarının 24 yaşlı amerikalı futbolçunu xeyli müddətdir izlədiyi bildirilir. Ön xətt oyunçusunu Premyer Liqanın digər klubları - "Arsenal" və "Mançester Yunayted" də heyətində görməkdə maraqlıdır.

Qeyd edək ki, C.Devid 2020-ci ildən "Lill"in formasını geyinir.

Geri qayıt