Qelebə.az / "Real" La Liqa tarixində 5000 xal toplayan ilk komanda olub

"Real" La Liqa tarixində 5000 xal toplayan ilk komanda olub

4-01-2025, 09:09

Ispaniya təmsilçisi "Real" (Madrid) La Liqa tarixində 5000 xal toplayan ilk komanda olub.

"Report" xəbər verir ki, "Kral Klubu" ölkə çempionatının XVII turundan təxirə salınmış oyunda "Valensiya"ya qalib gələrək (2:1) bu uğura imza atıb.

Paytaxt klubu 5000 xalı 94 mövsüm ərzində əldə edib. Komanda ümumilikdə 1833 qələbə qazanıb, 6526 qol vurub.

Geri qayıt