Qelebə.az / Azərbaycanlı hakim 2025-ci ildə ilk təyinatını alıb

Azərbaycanlı hakim 2025-ci ildə ilk təyinatını alıb

5-01-2025, 14:48

Beynəlxalq dərəcəli voleybol hakimi Eldar Zülfüqarov 2025-ci ildə ilk təyinatını alıb.

"Report" xəbər verir ki, o, qadınlar arasında Çempionlar Liqasının qrup mərhələsinin son turunda reallaşacaq Türkiyənin “Əczaçıbaşı” və Fransanın “Levallua” klublarının görüşündə ədaləti qoruyacaq.

Qarşılaşma yanvarın 22-də İstanbulda gerçəkləşəcək. Matçın digər hakimi Tomislav Popoviç (Serbiya) olacaq.

Geri qayıt