Qelebə.az / London klubu futbolçusu ilə müqavilənin müddətini uzadıb

London klubu futbolçusu ilə müqavilənin müddətini uzadıb

7-01-2025, 14:25

İngiltərənin "Tottenhem" klubu futbolçusu Son Hın Min ilə müqavilənin müddətini uzadıb.

"QELEBE.AZ" xəbər verir ki, bu barədə London təmsilçisinin mətbuat xidməti məlumat yayıb.

32 yaşlı hücumçunun yeni sözləşməsinin müddəti 2026-cı ilin yayınadək nəzərdə tutulub.

Qeyd edək ki, Son Hın Min 2015-ci ildən "Tottenhem"də çıxış edir.

Geri qayıt